Arsenal Mxitaryanı Bakıya gətirməyəcək - RƏSMİ


İdman 21 May 2019 15:09:00 257 0

Arsenal Mxitaryanı Bakıya gətirməyəcək - RƏSMİ

İngiltərənin Arsenal klubu futbolçusu Henrix Mxitaryanı Chelsea ilə keçirəcəyi UEFA Avropa Liqasının final oyunu üçün Bakıya gətirməyəcək.

Goal.az xəbər verir ki, London təmsilçisi bununla bağlı rəsmi saytı vasitəsi ilə açıqlama yayıb.

"Biz Mxitaryanın komandanın heyətində olması ilə bağlı variantları diqqətlə analiz etdik. Məsələni futbolçunun özü və ailəsi ilə müzakirə etdikdən sonra onun səfərdə olmamasına birgə qərar verdik. UEFA-ya məktub yazaraq, bu vəziyyətdən dərin narahçılığımızı ifadə etdik. Miki final üçün bizim açar futbolçularımızdan biridir. Ona görə də yoxluğu komandamız üçün böyük itkidir. Futbolçunun bu cür şərtlərdə belə nəhəng avrokubok finalını buraxmasından kədərlənirik. Çünki bu, futbolçunun karyerasında çox nadir hallarda olur. O, həftəsonu Bakıya gedənə qədər bizimlə məşq edəcək".

Qeyd edək ki, Arsenal-la Chelsea arasındakı final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.