Çempionluq Arsenal-a 10 milyon funt-sterlinqə başa gələcək


İdman 21 May 2019 14:00:00 232 0

Çempionluq Arsenal-a 10 milyon funt-sterlinqə başa gələcək

 Arsenal (İngiltərə) Bakıdakı Avropa Liqasının finalında qalib gəlsə, futbolçulara yüksək məbləğdə mükafat verəcək.

Goal.az "Daily Mail"ə istinadən xəbər verir ki, qitənin ikinci ən böyük turnirinin qalibi olmaq London təmsilçisinə 10 milyon funt sterlinqə başa gələcək.

Avropada son olaraq 1994-cü ildə titul qazana bilən komanda oyunçulara 100 min funt ilə 500 min funt arasında ödəniş edəcək. Komanda üzvləri sözləşmələrinə daxil edilən maddələrə əsasən pul mükafatları alacaqlar.

Arsenal titula yiyələnsə, növbəti mövsümdən UEFA Çempionlar Liqasında iştirak edəcək. 

Xatırladaq ki, UEFA Avropa Liqasının mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununda İngiltərənin Arsenal və Chelsea komandaları qarşılaşacaq. Oyun saat 23:00-da başlayacaq.