Daha 1 il Chelsea-də


İdman 20 May 2019 20:16:00 231 0

Daha 1 il Chelsea-də

Yayda Chelsea ilə müqaviləsinin müddəti bitməli olan Olivye Jirunun gələcək taleyi bəlli olub.

Goal.az xəbər verir ki, “zadəganlar” fransız hücumçuyla yeni – bir illik sözləşmə imzalayacaq. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Xəbərdə, Chelsea-nin Jirunu daha bir il komandada saxlayacağı bildirilib.

Jiru bu mövsüm Chelsea formasıyla 44 qarşılaşmada iştirak edib. 32 yaşlı hücumçu bu oyunlarda 12 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.