Həmyerlisi Neymarın kapitan olmasını istəmir


İdman 20 May 2019 18:30:00 273 0

Həmyerlisi Neymarın kapitan olmasını istəmir

Braziliya millisi və Barcelona-nın sabiq üzvü Edmilson həmyerlisi, hazırda PSG-də çıxış edən Neymar haqda danışıb.

Goal.az-ın məlumatına görə, veteran müdafiəçi 27 yaşlı hücumçunun Amerika kubokunda yığmanın kapitanı olmasını istəmədiyini deyib:

"Oyunçu seçimimiz kifayət qədər çoxdur. Hər mövqe üçün alternativimiz var. Məncə, kapitanlıq sarğısını Neymara əmanət etmək üçün doğru zaman deyil".

Qeyd edək ki, Amerika kuboku 14 iyunda start götürüb, 7 iyulda başa çatacaq.