Mbappe-dən ayrılıq siqnalı


İdman 20 May 2019 13:19:00 217 0

Mbappe-dən ayrılıq siqnalı

PSG-nin hücumçusu Kilian Mbappe komandasını dəyişə bilər.

Goal.az xəbər verir ki, Fransa çempionatının ən yaxşı oyunçusu seçilən milli komandanın üzvü mükafatlandırmadan sonra ayrıla biləcəyini istisna etməyib: "Bu mövsüm çox məyusluq oldu, amma bunlar futbolun bir parçasıdır. Bu mükafatdan məmnunam. Gizlətmirəm, karyeramda yeni dönüş nöqtəsi ola bilər. Üzərimə daha çox məsuliyyət götürmək istəyirəm. PSG-də çox şey öyrəndim və bu komanda üçün oynamaqdan zövq alıram. Ümid edirəm ki, yeni hədəfləyimə PSG və ya başqa bir klubda çatacam".

Qeyd edək ki, Kilian Mbappe Real-ın transfer gündəmindədir.