Son dəfə Real-ın matçını idarə edəcək


İdman 17 May 2019 12:33:00 304 0

Son dəfə Real-ın matçını idarə edəcək

İspaniyalı FİFA referisi Alberto Undiano Malyenko hakimlik karyerasını bitirir.

Goal.az xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Malyenko La Liqanın 38-ci – sonuncu turunda keçiriləcək Real – Betis matçını idarə edəcək. Bu, 45 yaşlı referinin sonuncu oyunu olacaq.

Real – Betis matçı mayın 19-da, saat 14:00-da start götürəcək.

Malyenko İspaniya La Liqasında ən çox oyun idarə edən hakimdir. O, yerli çempionatda bu günədək 348 oyun idarə edib.

1994-cü ildə İspaniya çempionatlarında debüt edən Malyenko, La Liqada ilk oyununa 2000-ci ildə çıxıb. O, 2004-cü ildən isə beynəlxalq oyunlara da təyinat almağa başlayıb.