Mourinyo PSG-ni çalışdıra bilməz, çünki...


İdman 15 May 2019 16:40:00 320 0

Mourinyo PSG-ni çalışdıra bilməz, çünki...

Manchester United-dən ayrıldıqdan sonra adı bir çox klubla yanaşı çəkilən Joze Mourinyo növbəti mövsümdə PSG-ni çalışdıracağı ilə bağlı yayılan iddialara cavab verib.

Goal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis, Paris təmsilçisini çalışdırmağının mümkünsüz olduğunu deyib:

“Mənim PSG-də işləməyim mümkünsüzdür, çünki baş məşqçisi olan bir klubu çalışdıra bilməzsiniz. PSG çox vacib ulduz futbolçuları olan, amma hələ Avropada kubok qazana bilməmiş bir klubdur. Bu, çox vacib bir məsələdir. Bu məsələ baş məşqçilər üçün də eyni dərəcədə əhəmiyyətlidir. Yüksək səviyyədə ola bilərsiniz, amma karyeranızın sonunda hələ də Avropada kubok qazanmamısınızsa, bu, çox vacib boşluq olar”.

Fransa Liqa 1-də növbəti dəfə çempion olan PSG, Çempionlar Liqasının 1/8 final mərhələsində Manchester United-ə məğlub olaraq, mübarizəni dayandırmışdı.