“Qələbə qazanmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik" - Klopp


İdman 15 May 2019 12:45:00 246 0

“Qələbə qazanmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik" - Klopp

Liverpool-un baş məşqçisi Yurgen Klopp klubun saytına açıqlama verib.

Goal.az xəbər verir ki, alman mütəxəssis, Çempionlar Liqasının finalında Tottenham-lə qarşılaşacaqları oyuna hazırlıq prosesindən danışıb:

“Çempionlar Liqasının finalına qədər etməli olduğumuz bir neçə şey var. Futbolçular istirahət etdikdən sonra iki həftə ərzində hazırlıq keçəcəyik. Qələbə qazanmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik. Final matçını qazanacağıq və evə qayıdacağıq. Azarkeşlərimiz layiq olduqları hər şeyi əldə edəcəklər”.

Xatırladaq ki, Liverpool – Tottenham matçı iyunun 1-də, Madriddəki “Vanda Metropolitano” stadionunda keçiriləcək.