Barcelona Ajax-dan daha bir futbolçunu transfer etdi


İdman 14 May 2019 11:51:00 264 0

Barcelona Ajax-dan daha bir futbolçunu transfer etdi

Barcelona Frenki De Yonqun ardından Ajax-ın daha bir futbolçusu ilə anlaşıb.

Goal.az-ın "Catalunya Radio"ya istinadən məlumatına görə, yarımmüdafiəçi Frenki de Yonqdan sonra müdafiəçi Matteys de Liqt də karyerasını İspaniya nəhəngində davam etdirəcək.

Barcelona rəhbərliyinin hələ aprelin 12-də Monte Karloda gənc kapitanın meneceri Mino Rayola ilə görüşərək transfer məsələsini həll etdiyi bildirilib. Hazırda kataloniyalılar Ajax-la transfer məbləği üzərində danışıqlar aparır.

Qeyd edək ki, 20 yaşlı Matteys de Liqt 2016-cı ildən Ajax-ın əsas komandasında çıxış edir.