3 futbolçunun Valverde ilə dostluğu Barcelona-da narazılıq yaratdı


İdman 13 May 2019 16:10:00 225 0

3 futbolçunun Valverde ilə dostluğu Barcelona-da narazılıq yaratdı

Barcelona-nın düşərgəsində gərginlik hökm sürür.

Goal.az xəbər verir ki, komandanın futbolçuları Barcelona-dakı durumdan narazıdırlar. "Marca”nın iddiasına görə, komandanın 3 futbolçusu – Messi, Suares və Pike baş məşqçi Ernesto Valverde elə dostluq edirlər.

Bu dostluq digər futbolçuları qane etmir. Onlar hesab edirlər ki, baş məşqçinin bu üç futbolçu ilə həddindən artıq yaxın olması komandanın idarə edilməsinə mənfi təsir göstərir.

Narazı futbolçular bildirirlər ki, bu dostluq ucbatından Valverde heyəti optimal şəkildə formalaşdıra və düşərgədə normal ab-hava yarada bilmir.

Valverde Barcelona-ya 2017-ci ildən başçılıq edir.