"Qələbəni Messi qazanır, məğlub olanda günahkar Valverdedir"


İdman 10 May 2019 16:47:00 336 0

"Qələbəni Messi qazanır, məğlub olanda günahkar Valverdedir"

Real-ın sabiq futbolçusu Ronaldo Barcelona haqda danışıb.

Goal.az xəbər verir ki, ÇL-in yarımfinalında Liverpool-a məğlubiyyətdən sonra Barcelona-nın baş məşqçisi Ernesto Valverde ilə futbolçusu Koutino ciddi tənqidlərə tuş gəlib. Ronaldo onların haqsız tənqid olunduğunu bildirib:

"Barsa” əla komandadır. Onun heyətində dünyanın ən yaxşı futbolçusu Messi var. Hazırda belə bir fikir frmalaşıb ki, Barcelona məğlub olanda günahkar Valverde və Koutinyodur. Qələbəni isə Messi qazanır. Belə yanaşma düzgün deyil. Bu, məşqçilər korpusuna, komandanın digər üzvlərinə qarşı böyük hörmətsizlikdir”.