Manchester United-ə keçmək istəmədi


İdman 07 May 2019 17:07:00 246 0

Manchester United-ə keçmək istəmədi

Ajax-ın kapitanı Matteys de Liqt Manchester United-ə transfer olmaqdan imtina edib.

Goal.az-ın “Daily Star”a istinadən yaydığı məlumata görə, 19 yaşlı müdafiəçi “qırmızı şeytanlar”ın ona olan marağına baxmayaraq, İngiltərə klubunda oynamaq təklifini müsbət cavablandırmayıb.

Real və Barcelona-nın da heyətinə qatmaq istədiyi hollandiyalı futbolçunun mövsümün sonunda Amsterdam təmsilçisindən ayrılacağı gözlənilir.

Qeyd edək ki, Matteys De Liqt bu mövsüm Ajax-da 31 oyunda 3 qol vurub və 3 qol ötürməsi verib.