Dibala Premyer Liqa yolunda


İdman 07 May 2019 12:44:00 310 0

Dibala Premyer Liqa yolunda

Juventus-un forvardı Paulo Dibala karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

GOAL.az Daily Mail nəşrinə istinadən xəbər verir ki, Manchester United 25 yaşlı futbolçu üçün 85 milyon funt-sterlinq ödəməyə hazırdır.

Juventus-un 100 milyon avroluq təklif qarşılığında Dibalanı sata biləcəyi barədə söhbətlər gəzir.

Argentinalı futbolçu ilə Bayern Munich (Almaniya) da maraqlanır.

Cari mövsümdə 27 oyuna çıxan Dibala 5 qol vurub, 6 məhsuldar ötürmə edib.