La Liqanı tərk edən ikinci klub müəyyənləşdi


İdman 06 May 2019 13:32:00 332 0

La Liqanı tərk edən ikinci klub müəyyənləşdi

İspaniya La Liqasını cari mövsümdə tərk edəcək 2-ci klub məlum olub.

Goal.az xəbər verir ki, 36-cı turda Valencia-ya doğma azarkeşləri önündə 2:6 hesabı ilə darmadağın olan Huesca-nın elitanı tərk edəcəyi dəqiqləşib. Sona 2 tur qalmış 20 iştirakçı arasında sonuncu sırada qərarlaşmış bu klubun təhlükəli zonanı tərk etməsi artıq mümkünsüzdür.

36 turdan sonra 30 xal toplaya bilən Huesca, növbəti mövsümdə İspaniya Sequndasında çıxış edəcək. Huesca ilə yanaşı, Rayo Vallecano da bu mövsüm La Liqa ilə vidalaşıb.