Özil Arsenal-dan ayrılır?


İdman 03 May 2019 14:55:00 243 0

Özil Arsenal-dan ayrılır?

Arsenal-dan ayrılacağı iddia edilən Məsut Özil gələcəyi ilə bağlı qərarını verib.

Goal.az xəbər verir ki, İngiltərə mətbuatına danışan türk əsilli almaniyalı futbolçu, London təmsilçisində qalmaq istədiyini deyib:

“Hələ 30 yaşındayam və qarşıda uzun illər var. Arsenal-da qalmaq istəyirəm. Klubumla iki illik müqaviləm var. Ancaq sonrasında nə olacaq, bilmirəm. Hazırda Londonda xoşbəxtəm və burda qalmaq istəyirəm”.

2013-cü ildə Real-dan Arsenal-a keçən Məsut, bu mövsüm 31 oyunda iştirak edib. O, klubun ən yüksək ödənişli futbolçusudur. Arsenal-ın xərcləri azaltmaq üçün onu satmağa hazırlaşdığı barədə xəbərlər yayılır.