Messi Liverpool-la oyunda hakimi aldadıb - VİDEO


İdman 03 May 2019 10:01:00 356 0

Messi Liverpool-la oyunda hakimi aldadıb - VİDEO

Barcelona-nın (İspaniya) ulduz futbolçusu Lionel Messinin Çempionlar Liqasının ilk yarımfinalında  İngiltərə Liverpool-u ilə ev oyununda hakimi aldatdığı bəlli olub.

Goal.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı hücumçunun matçın sonlarında vurduğu qol qaydalar çərçivəsində yerinə yetirilməyib.

Barcelona-nın 3-0 hesablı qələbəəsi ilə yekunlaşan matçın 81-ci dəqiqədə argentinalı oyunçuya qarşı kobudluq edilib. Messi cərimə zərbəsini yerinə yetirərkən qapıya qədər olan məsafəni bir neçə metr azaldıb.

Komandalar arasındakı cavab oyunu mayın 7-sində olacaq.