Kasilyasdan ilk açıqlama: "Bir az qorxdum"


İdman 02 May 2019 15:50:00 247 0

Kasilyasdan ilk açıqlama: "Bir az qorxdum"

Porto-nun qapıçısı İker Kasilyasın ötən günü ürək tutması keçirərək xəstəxanaya yerləşdirildiyi barədə xəbər vermişdik.

Goal.az xəbər verir ki, hazırda Kasilyasının durumu yaxşıdır. Onun həyatına hər hansı bir təhlükənin olmadığı bildirilir.

Qapıçı xəstəxanada çəkilmiş şəklini sosial şəbəkədə paylaşaraq belə yazıb: "Hər şey nəzarət altındadır. Bir balaca qorxdum, amma gücüm özümdədir. Dəstəyinizə və mesajlarınıza görə minnətdaram”.

Xatırladaq ki, Kasilyasa kəskin miokard infarktı diaqnozu qoyulub.