Livepool-la oyun vaxtı Barcelona-lı futbolçunun evi qarət olundu


İdman 02 May 2019 14:24:00 221 0

Livepool-la oyun vaxtı Barcelona-lı futbolçunun evi qarət olundu

İspaniya Barcelona-sının futbolçusu Artur Ramos İngiltərə Liverpool-u ilə Çempionlar Liqasının ilk yarımfinal oyunu ərəfəsində qarət olunub. 

Goal.az "Cadena SER"ə istinadən xəbər verir ki, oğrular matç zamanı 23 yaşlı yarımmüdafiəçinin evinə giriblər. Cinayətkarlar evin boş olacağına əmin olsalar da, braziliyalı oyunçunun bacısı ilə qarşılaşıblar. Futbolçunun bacısı həmin şəxslərə mane olmağa çalışıb, lakin oğrular onu təhdid ediblər. Hadisə zamanı Artur Ramosun saatı oğurlanıb, bacısı isə xəsarət almayıb. 

Qeyd edək ki, görüş Barcelona-nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. İngiltərədəki qarşılaşma mayın 7-də olacaq.