Messinin Barcelona-da 600-cü qolu


İdman 02 May 2019 09:40:00 236 0

Messinin Barcelona-da 600-cü qolu

Barcelona-nın (İspaniya) forvardı Lionel Messi Çempionlar Liqasının yarımfinal mərhələsinin Liverpool-a qarşı keçirilən ilk oyununda dubl etməklə, komandada 600-cü qolunu vurub.

Goal.az xəbər verir ki, "göy-qırmızılar"ın argentinalı kapitanı oyunda ilk qolunu 75-ci dəqiqədə vurub.

Onun qarşılaşmadakı ikinci qolu 82-ci dəqiqəyə təsadüf edib. Messi bu dəfə cərimə zərbəsindən rəqibin qapısına yol tapıb.

Messi Barcelona-nın heyətində ümumilikdə 683 matç keçirib. O, klubda ilk qolunu 14 il əvvəl - 1 may 2005-ci il tarixində Albasete-nin qapısına vurub.

Messi cari mövsümdə klub səviyyəsində 46 oyunda iştirak edib, 48 qol vurub, 22 məhsuldar ötürmə edib. O, İspaniya çempionatında və Çempionlar Liqasında bombardirlər siyahısına başçılıq edir.