Çempionlar Liqası: Barcelona Liverpool-u qəbul edir


İdman 01 May 2019 10:00:00 466 0

Çempionlar Liqası: Barcelona Liverpool-u qəbul edir

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçiriləcək.

Goal.az-ın məlumatına görə, erkən final adlandırılan cütün ilk oyununda Barcelona İspaniyada İngiltərə Liverpool-unu qəbul edəcək. "Mersisaydlılar" 1/ 4 finalda Portuqaliyanın Porto kollektivini, kataloniyalılar isə İngiltərənin digər təmsilçisi Manchester United-i mübarizədən kənarlaşdırıb.

Görüş öncəsi meydan sahiblərinin heyətində itki yoxdur. Qonaqlarda isə yalnız Adam Lallana və Roberto Firminonun durumu sual altındadır.

Barcelona cari mövsüm Çempionlar Liqasında heç bir görüşdə məğlub olmayıb. Liverpool isə qrup mərhələsindəki səfər oyunlarının hamısından məğlubiyyətlə ayrılıb.

Komandalar arasındakı cavab oyunu mayın 7-də təşkil olunacaq. 

Çempionlar Liqası
Yarımfinal, ilk oyun

23:00. Barcelona (İspaniya) – Liverpool (İngiltərə)

Baş hakim: Byorn Keypers (Hollandiya) 

Kataloniya. "Kamp Nou"