Zidandan Barcelona-ya ağır atmaca


İdman 25 Apr 2019 13:04:00 209 0

Zidandan Barcelona-ya ağır atmaca

Real Madrid-in baş məşqçisi Zinəddin Zidan La Liqanın 34-cü turunda Getafe ilə oyun öncəsi mətbuat konfransında əzəli rəqibləri olan Barcelona haqda danışıb.

Goal.az xəbər verir ki, 46 yaşlı mütəxəssis jurnalistin Kataloniya klubunun son illər uğurlu çıxış etməsi haqda dediyi sözlərə belə cavab verib:

“Biz La Liqanı 33 dəfə qazanmışıq. Barcelona neçə dəfə çempion olub? Son illərdə uğurlu çıxış etmələri həqiqətdir, bunu qəbul edib, onları təbrik etməliyik. Ancaq saylar üzərindən danışsaq, ən çox kubok qazanan bizik”.

Qeyd edək ki, Barcelona 25 dəfə La Liqa çempionu olub.