Mbappe Messi ilə yarışır


İdman 24 Apr 2019 16:28:00 348 0

Mbappe Messi ilə yarışır

Avropada “Qızıl buts” mükafatını kimin qazanacağı böyük maraq doğurur.

Goal.az xəbər verir ki, hazırda bu mükafat uğrunda əsasən iki futbolçu – Barcelona-nın kapitanı Lionel Messi və PSG-nin hücumçusu Kilian Mbappe mübarizə aparır.

Bu mövsüm rəqib qapılarından ümumilikdə 33 top keçirən argentinalı superulduz favorit göstərilsə də, rəqibindən 3 top az vuran fransalı forvardın ona çatmaq şansı da yüksək qiymətləndirilir. Hətta Barcelona-nın 3 cəbhədə - La Liqa, İspaniya kuboku və Çempionlar Liqasında mübarizə apardığını və Messinin yorğun olduğunu nəzərə alan futbol mütəxəssisləri Mbappenin onu geridə qoya biləciyini də düşünürlər.

Maraqlıdır ki, bu mövsüm Avropada ən çox qol vuran 10 futbolçu arasında ötən yay Real-dan Juventus-a keçən Kriştiano Ronaldonun adı yoxdur. Portuqaliyalı hücumçu 19 qolla 11-ci pillədə qərarlaşıb.

1. Lionel Messi (Barcelona) – 33 qol (66 oyun)

2. Kilian Mbappe (PSG) – 30 qol (60)

3. Fabio Kualiyarella (Sampdoriya) – 22 qol (44)

4. Mbaye Diane (Galatasaray) – 28 qol (42)

5. Luis Suares (Barcelona) – 21 qol (42)

6. Robert Levandovski (Bayern Munich) – 21 qol (42)

7. Kşiştof Pyotek (Milan) – 21 qol (42)

8. Kərim Benzema (Real) – 21 qol (42)

9. Duvan Zapata (Atalanta) – 21 qol (42)

10. Luk de Yonq (PSV) – 27 qol (40)