3 qadın şahmatçımız Dünya kubokunda iştirak hüququ qazandı


İdman 23 Apr 2019 10:21:00 246 0

3 qadın şahmatçımız Dünya kubokunda iştirak hüququ qazandı

Türkiyənin Antalya şəhərində Qadınlar arasında şəxsi Avropa Çempionatı başa çatıb.

GOAL.az xəbər verir ki, qitə birinciliyinin sonu çox dramatik alınıb. 11-ci turdan sonra beş şahmatçının aktivində bərabər sayda xalı olub 8 xal. Belə olan halda çempionun adını əlavə əmsallar müəyyən edib. Bu göstəricilərə görə isə rusiyalı Alina Kaşlinskaya rəqiblərini üstələyərək 2019-cu il Avropa Çempionu adını qazanıb. İkinci yeri fransalı Mariya Sebaq, üçüncü yeri isə almaniyalı Elizabet Paetz tutub.

Ölkəmizi təmsil edən Ülviyyə Fətəliyeva son turda qələbə qazanaraq xallarının sayını 7.5 ə çatdırmaqla yarışı 7-pillədə başa vurub.

Qeyd edək ki, Avropa Çempionatı həmçinin Dünya Kubokuna lisenziya xarakterini daşıyırdı. Təmsilçilərimiz Ülviyyə Fətəlliyeva, Türkan Məmmədyarova və Günay Məmmədzadə Dünya Kubokunda iştirak etmək hüququnu qazanıblar.