Busgets Bekhemin klubuna keçə bilər


İdman 22 Apr 2019 17:21:00 286 0

Busgets Bekhemin klubuna keçə bilər

Barcelona-nın futbolçusu Serxio Busgets mövsümün sonunda komandadan ayrıla bilər.

Goal.az-ın "Marca"ya istinadən yaydığı məlumata görə, ispaniyalı yarımmüdafiəçi karyerasını ABŞ-da davam etdirmək istəyir.

Onun İnter Mayami klubuna keçəcəyi iddia olunur. Mayami təmsilçisi İngiltərə millisinin sabiq üzvü Devid Bekhemin klubudur.

Qeyd edək ki, İspaniya millisinin üzvü olan 30 yaşlı futbolçunun yetirməsi olduğu Kataloniya klubu ilə 2023-cü ilə qədər müqaviləsi var.