Zidandan transfer açıqlaması: Kimlər alınır?


İdman 22 Apr 2019 14:48:00 257 0

Zidandan transfer açıqlaması: Kimlər alınır?

Real-ın baş məşqçisi Zinəddin Zidan transferlərlə bağlı açıqlama verib.

Goal.az xəbər verir ki, fransalı mütəxəssis klub rəhbərliyi ilə bu barədə danışacağını bildirib: "Mənə nəyin lazım olduğunu əla bilirəm. Klub rəhbərliyi ilə transferlər haqqında danışacağam. Amma kimləri transfer etmək istədiyimizi açıqlamayacam. Rəhbərlik kluba qayıdan zaman qarşıma hər hansı şərt qoymayıb. Biz nə etmək lazım olduğunu, həmçinin oyunçular haqda danışmışıq. Baxaq, hansı transferlər alınacaq. Amma dəyişiklik olacaq. 

Yeni futbolçular almaq üçün bəzi oyunçuları satacağıq? Bu haqda danışmaq üçün bizə vaxt lazım olacaq. Bu, istənilən oyunçu ola bilər. Real həmişə ən yaxşı futbolçuları komandaya dəvət edir. Bu, klub üçün yaxşı mövsüm deyil. Vəziyyəti dəyişmək lazımdır".

Qeyd edək ki, Real-ın Eden Hazard (Chelsea), Kilian Mbappe (PSG), Sadio Mane (Liverpool), Paul Poqba (Manchester United), Luka Yoviç (Benfica), Matteys de Liqt (Ajax) kimi futbolçuları transfer etmək istədiyi deyilir.