Alisson EPL-də son 10 ilin ən yaxşısıdır


İdman 22 Apr 2019 15:31:00 239 0

Alisson EPL-də son 10 ilin ən yaxşısıdır

İngiltərə Premyer Liqasının XXXV turunda  Cardiff-lə qarşılaşan Liverpool 2:0 hesablı qələbə qazanıb.

Goal.az xəbər verir ki, "qırmızılar"ın qapıçısı Alisson Beker bu mövsüm 19-cu oyununda qapısında qol görməyib.

Bu isə Premyer Liqanın son 10 ildə ən yaxşı göstəricisidir. Sonuncu dəfə 2008-09 mövsümündə Manchester United-in qapıçısı Edvin van der Sar 21 quru oyun keçirmişdi. Alisson son 3 turda da qol buraxmasa, göstəricisini 22 matça yüksəldəcək.

Lakin braziliyalı yeni rekorda imza ata bilməyəcək. Çünki Petr Çex Chelsea-nin çərçivəsini qoruyarkən 2004-05 mövsümündə 24 görüşdə qol buraxmamışdı. Sabiq Liverpool-lu Pepe Reynada bu rəqəm (2005-06 mövsümü) 20 oyundur.