Çempionlar Liqasında həftənin oyunçusu müəyyənləşdi


İdman 19 Apr 2019 15:00:00 208 0

Çempionlar Liqasında həftənin oyunçusu müəyyənləşdi

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Goal.az-ın məlumatına görə, bu ada İspaniya Barcelona-sının ulduz futbolçusu Lionel Messi layiq görülüb.

32 yaşlı hücumçu 1/4 final mərhələsinin cavab oyununda evdə İngiltərə Manchester United-ini 3:0 hesabı ilə məğlub etdikləri matçda 2 qolun müəllifi olub.

Qeyd edək ki, Kataloniya təmsilçisi yarımfinalda İngiltərənin digər komandası Liverpool-la üz-üzə gələcək. Digər cütdə isə Tottenham (İngiltərə) və Ajax finala çıxmaq üçün mübarizə aparacaq.