Avropa Liqasında yarımfinalçılar müəyyənləşir


İdman 18 Apr 2019 09:44:00 183 0

Avropa Liqasında yarımfinalçılar müəyyənləşir

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.

Goal.az-ın məlumatına görə, cavab qarşılaşmalarından sonra yarımfinalçılar müəyyənləşəcək.

Napoli doğma azarkeşlər önündə İngiltərə Arsenal-ını qəbul edəcək. Neapollular səfərdəki 0:2 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlar.

İngiltərənin turnirdəki digər təmsilçisi Chelsea evdə Çexiyanın Slaviya kollektivini sınağa çəkəcək. Londondakı matçda "zadəganlar" minimal hesablı qələbə qazanıb - 1:0.

Almaniyanın Avroliqadakı yeganə komandası Eintracht Frankfurtda Portuqaliya Benfica-sının müqavimətini qırmağa çalışacaq. Səfərdəki qarşılaşmada 2:4 hesabı ilə uduzan meydan sahibləri yarımfinala vəsiqə üçün ən azı 3 top fərqi ilə qələbə qazanmalıdır.

Nəhayət, növbəti qarşılaşmada İspaniya komandaları üz-üzə gələcək. Valencia Villarreal-a qarşı ilk oyundakı 3:1 hesablı qələbəni qorumağa çalışacaq. 

Qeyd edək ki, final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. 

Avropa Liqası
1/4 final, cavab oyunları

23:00. Napoli (İtaliya) – Arsenal (İngiltərə)

İlk oyun - 0:2 

23:00. “Valensiya” (İspaniya) – Villarreal (İspaniya)

İlk oyun - 3:1 

23:00. Eintracht (Almaniya) – Benfica (Portuqaliya)

İlk oyun - 2:4 

23:00. Chelsea (İngiltərə) – Slavia (Çexiya) 

İlk oyun - 1:0