Alleqri istefa verir?


İdman 17 Apr 2019 11:33:00 224 0

Alleqri istefa verir?

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində Ajax-a 1:2 hesabı ilə məğlub olaraq, mübarizəni dayandıran Juventus-un baş məşqçisi Massimiliano Alleqri matçdan sonra açıqlama verib.

Goal.az xəbər verir ki, 51 yaşlı mütəxəssis, rəqibin qələbəyə layiq olduğunu bildirib:

“Oyunun çətin olacağını bilirdik. Matç ərzində kifayət qədər səbrli oynaya bilmədik. Xüsusilə, ikinci hissədə rəqib çox yaxşı oynadı. Juventus bu mərhələdə belə qol buraxa bilməzdi, daha diqqətli olmalıydıq. Rəqib növbəti mərhələyə keçməyə layiq idi. Prezidentə komandada qalmaq istədiyimi bildirdim. Rəhbərliklə görüşümüz olacaq. Bundan sonra nələr olacağını görəcəyik”.