Ronaldonun karyerasında uğursuz ilk


İdman 17 Apr 2019 09:42:00 241 0

Ronaldonun karyerasında uğursuz ilk

Juventus Çempionlar Liqasının 1/4 final mərhələsində 1:2 (iki görüşün cəmi üzrə 2:3) hesabı ilə Ajax-a uduzub.

Goal.az xəbər verir ki, qarşılaşmanın 28-ci dəqiqəsində hesabı Kriştiano Ronaldo açıb. Lakin Juventus bu hesabı qoruya bilməyib. İlk qoldan 6 dəqiqə sonra Donni van de Beek hesabı bərabərləşdirib. Qarşılaşmanın ikinci hissəsində kapitan Matteys De Liqt Ajax-ın qələbə topuna imza atıb.

Bununla da portuqaliyalı futbolçu karyerasında ilk dəfə komandası ilə Çempionlar Liqasının 1/4 final mərhələsini tərk edib. Bu ulduz futbolçunun pley-of-da ilk dəfə mübarizəni dayandırması ilə də əlamətdar oldu.

Daha əvvəl Ronaldo 2010/11-ci illərin mövsümündən başlayaraq daim Real Madrid-lə Çempionlar Liqasının yarımfinallarında oynayıb. Buna qədər isə portuqaliyalı 2006-cı ildən 2009-cu ilə qədər Manchester United-lə üç dəfə ən güclülərin dördlüyünə çıxıb.