Messinin zədəsi ciddidir


İdman 11 Apr 2019 13:44:00 275 0

Messinin zədəsi ciddidir

Barcelona (İspaniya) klubunun futbolçusu Lionel Messi məşqlərdən bir neçə gün kənarda qalacaq.

Goal.az AS nəşrinə istinadən xəbər verir ki, argentinalı hücumçu UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda Manchester United-i İngiltərədə 1:0 hesabı ilə məğlub etdikləri görüşdə zədələnib. Onun burun çəpərində çat təsbit edilib.

Rəqib futbolçu Kris Smollinqlə toqquşaraq xəsarət alan kapitanın burnunda qırıq aşkarlanmayıb. Lakin onun göz qapağının da zədələndiyi bildirilir. Messi aprelin 13-də Huesca ilə səfər matçında iştirak etməyəcək.