Beyl Real-da etibarını itirib


İdman 10 Apr 2019 10:44:00 241 0

Beyl Real-da etibarını itirib

Real Madrid (İspaniya) yay transfer dövründə Uels millisinin futbolçusu Qaret Beyllə vidalaşmaq niyyətindədir.

GOAL.az-ın AS nəşrinə istinadən verdiyi məlumata görə, 30 yaşlı hücumçu azarkeşlər, jurnalistlər və komanda yoldaşlarından bəzilərinin etibarını itirib. Qapıçı Tibo Kurtua təcrübəli forvardın komanda ilə birgə nahara qatılmamasından narazıdır.

Beylin özü növbəti mövsümü "kral klubu"nda keçirməyin əleyhinə deyil. Lakin ulduz futbolçu rəhbərliyin onu satmaq istəyindən xəbərdardır. Hücumçunun komandadan göndərilməsinə isə yüksək maliyyə tələbləri mane ola bilər.

Qeyd edək ki, Qaret Beyl bu mövsüm Real Madrid-də 38 oyunda 14 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. O, "kral klubu"na 2013-cü ildə Tottenham-dən 101 milyon avroya keçib. Hazırda Beylin bazar dəyəri 70 milyon avrodur.