Manchester United De Xeaya 2 əvəzləyici tapdı


İdman 08 Apr 2019 16:52:00 221 0

Manchester United De Xeaya 2 əvəzləyici tapdı

Manchester United klubdan ayrılacağı gözlənilən qapıçı David de Xeaya əvəzedici axtarışlarını davam etdirir.

Goal.az xəbər verir ki, "qırmızı şeytanlar" 2 qapıçını gözaltı edib. 28 yaşlı qolkiper müqaviləni uzatmaqdan imtina etsə, onda Manchester United ya Everton-dan Cordan Pikfordu, ya da Atletico-dan Yan Oblakı transfer edəcək.

2011-ci ildən Manchester United-in formasını geyinən De Xeanın klubla müqaviləsi bu ilin yayında başa çatır. PSG-nin klubu ilə pul məsələsində razılığa gələ bilməyən futbolçunu istədiyi məvaciblə heyətə qatmağa hazır olduğu bildirilir.