Bədii gimnastlarımız Polşadan 5 medalla qayıdır


İdman 08 Apr 2019 11:16:00 218 0

Bədii gimnastlarımız Polşadan 5 medalla qayıdır

Bədii gimnastika üzrə gənclərdən ibarət Azərbaycan millisi Polşanın paytaxtı Varşavada keçirilən beynəlxalq “İrina Cup” turnirində qızıl medal qazanıb.

Goal.az xəbər verir ki, Fəridə Səfiyarzadə, Milana Əkbərova, Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə və Nəzrin Cəfərzadədən ibarət qrup çoxnövçülük yarışlarında birinci yeri tutub.

Azərbaycanın fərdi proqramda çıxış edən gimnastlarından Nərminə Səmədova komandanın hesabına 3 medal yazdırıb. O, gürzlərlə və iplə icrasına görə qızıl, çoxnövçülük proqramında bürünc medal əldə edib.

Arzu Cəlilovanın isə iplə hərəkətləri gümüş medala layiq görülüb.