Oğlu əzəli rəqibə azarkeşlik edir, hipnozçu axtarır


İdman 05 Apr 2019 12:01:00 231 0

Oğlu əzəli rəqibə azarkeşlik edir, hipnozçu axtarır

London sakinlərindən biri Bark.com saytında diqqətçəkən elan yerləşdirib.

Goal.az xəbər verir ki, valideyn 6 yaşlı oğlunu xilas etmək üçün hipnozçu axtarır. Valideyn Arsenal azarkeşidir. Onun oğlu isə əzəli rəqib Tottenham-ə simpatiya bəsləyir. Bundan narahat olan valideyn, oğlunu Tottenham azarkeşliyindən xilas edəcək hipnozçuya 3 min funt verməyə hazırdır. Ata onu da etiraf edib ki, bu məsələdə uşağın anasının mövqeyini öyrənməyib: "Üzrxahlıq etmək daha asan olar, nəinki icazə almaq”.