Ronaldo zədəsini sağaltdı


İdman 04 Apr 2019 14:00:00 270 0

Ronaldo zədəsini sağaltdı

İtaliyanın Juventus klubunun futbolçusu Kriştiano Ronaldo zədəsini tam sağaldıb.

Goal.az "Marca"ya istinadən xəbər verir ki, 34 yaşlı hücumçu Hollandiyada Ajax-la keçirəcəkləri UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk görüşündə iştirak etməyə hazırdır. Portuqaliyalı oyunçu hazırda yaxşı vəziyyətdədir və bərpa dövrünü başa vurub. 

Bildirilir ki, ulduz futbolçu A Seriyasının XXXI turunda Milan-la ev oyununa çıxmağa hazırdır, lakin bu, baş verməyəcək. Klub həmin görüşdə Ronaldunun meydanda olmamasını məqsədəuyğun sayıb.

Qeyd edək ki, Kriştiano Ronaldo Portuqaliya yığmasının heyətində Serbiya ilə 1:1 hesablı heç-heçə etdikləri AVR0-2020-nin seçmə oyununda zədələnib. Aprelin 10-da keçiriləcək Ajax - Juventus matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.