Maradonaya qarşı intizam işi açıldı - Trampa görə


İdman 04 Apr 2019 14:21:00 226 0

Maradonaya qarşı intizam işi açıldı - Trampa görə

Meksika Futbol Federasiyası I Divizionda çıxış edən Dorados komandasının baş məşqçisi Dieqo Maradonaya qarşı intizam işi açıb.

Goal.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, səbəb 59 yaşlı mütəxəssisin Venesuela Prezidenti Nikolas Maduro və ABŞ rəhbərliyi barədə səsləndirdiyi fikirlərdir. Argentinalı canlı əfsanə XII turda Tampiko Madero ilə görüşdə qazandıqları 3:2 hesablı qələbəni N.Maduro və Venesuelada əziyyət çəkən insanlara həsr etdiyini söyləyib.

O, həmçinin ABŞ Prezidenti Donald Trampın davranışlarından narazı olduğunu ifadə edərək, müxalifət lideri, bəzi ölkələrin Venesuelanın dövlət başçısı kimi tanıdığı Xuan Quaydonu “kukla” adlandırıb.

Qeyd edək ki, Dorados 12 turdan sonra 18 xalla 4-cü pillədə qərarlaşıb.