Məşqçi futbolçuları danlayan idman direktoru ilə dalaşdı


İdman 04 Apr 2019 13:10:00 215 0

Məşqçi futbolçuları danlayan idman direktoru ilə dalaşdı

Monaco-nun baş məşqçisi Leonardo Jardim, klubun idman direktoru Maykl Emenalo ilə mübahisə edib.

Goal.az xəbər verir ki, buna səbəb, Emenalonun Fransa Liqa 1-in son turundakı Cannes məğlubiyyətindən (0:1) sonra paltardəyişmə otağına gedərək, futbolçuları danlaması olub. Buna qəzəblənən Jardim, nigeriyalı mütəxəssislə mübahisə edib.

Fransa mətbuatı Jardimin Emenalo ilə əvvəldən də problemlərinin olduğunu və onunla çalışmaq istəmədiyini iddia edib. Klub rəhbərliyi də Emenalo ilə yollarını ayırmaq istəyir. Müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi təqdirdə, ödənməli olan təzminatın yüksək olması problem yaradır.