İspan futbolçu Barcelona-nın hədəfində


İdman 02 Apr 2019 11:33:00 246 0

İspan futbolçu Barcelona-nın hədəfində

Valencia-nın ispaniyalı hücumçusu Barcelona-nın maraq dairəsindədir.

Goal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Valencia-nın futbolçusu Rodriqo, mövsümün sonunda karyerasını Barcelona-da davam etdirə bilər. Katalonlar İspaniya millisinin üzvünü hücum xəttini gücləndirmək üçün əsas namizədlərdən hesab edir. Yaxın günlərdə tərəflər arasında danışıqların başlayacağı bildirilir.

Valencia ilə 2022-ci ilin iyununa qədər müqaviləsi olan 28 yaşlı futbolçu, bu mövsüm iştirak etdiyi 26 oyunda 5 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.