Galatasaray FİFA-ya şikayət etməyə hazırlaşır


İdman 01 Apr 2019 17:53:00 290 0

Galatasaray FİFA-ya şikayət etməyə hazırlaşır

Galatasaray Səudiyyə Ərəbistanının Al-Hilal klubundan FİFA-ya şikayət etməyə hazırlaşır.

Goal.az-ın yerli mətbuata istinadən məlumatına görə, İstanbul nəhəngi qarşı tərəfin tələbləri yerinə yetirməməsindən narazıdır.

Cari mövsümün əvvəlində "cim-bom"dan Batefimbi Qomisi alan ərəblər 2 milyon avroluq son ödəməni hələ etməyib. Klublar arasındakı razılığa əsasən, bu məbləğ martın 1-də İstanbul nəhənginin hesabına köçürülməli idi. Lakin üstündən bir ay vaxt keçməsinə baxmayaraq, Galatasaray nə pulu alıb, nə də qarşı tərəfdən kimləsə əlaqə saxlaya bilib.

Türklər Səudiyyə Ərəbəstanı klubuna daha 10 gün vaxt verib. Əgər aprelin 10-dək pul hesaba köçürülməsə, "sarı-qırmızılılar" FİFA-ya şikayət edəcək.