Manchester United bahalı transferlərə hazırlaşır


İdman 29 Mar 2019 17:34:00 264 0

Manchester United bahalı transferlərə hazırlaşır

Manchester United yayda bir neçə bahalı transfer həyata keçirməyi planlaşdırır.

Goal.az xəbər verir ki, klub baş məşqçi Ole-Qunnar Sulşerin tələb etdiyi vəsaiti ayıracaq.

“Qırmızı şeytanlar”ın əsas məqsədi Dortmund Borussia-sından müdafiəçi Ceydon Sançonu və Real-da eyni ampulada oynayan Rafael Varanı əldə etməkdir. Bu iki futbolçunun hər birinin transferinə 100 milyon avrodan çox pul xərclənəcək.

Xatırladaq ki, Pol Poqbanın keçidi Manchester United üçün rekord sayılır. Onun heyətə gətirilməsinə 105 milyon avro sərf edilib.