Chapecoense-nin üzləşdiyi təyyarə qəzasında xilas olan jurnalist vəfat etdi


İdman 27 Mar 2019 15:17:00 214 0

Chapecoense-nin üzləşdiyi təyyarə qəzasında xilas olan jurnalist vəfat etdi

Braziliyanın Chapecoense komandasının üzləşdiyi təyyarə qəzasından sağ çıxan jurnalist Rafael Xentsel dünyasını dəyişib.

Goal.az  "Globo"ya istinadən xəbər verir ki, Xentsel infarkt nəticəsində vəfat edib. Jurnalist Şapeko şəhərində futbol oynayarkən huşunu itirib və xəstəxanaya aparılıb. Həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, 2016-cı ildə Kolumbiyanın Medelyin şəhəri yaxınlığında təyyarə qəzası baş verib. 77 nəfərin olduğu təyyarə Chapecoense-ni Cənubi Amerika Kubokunun ilk final matçında iştirak etmək üçün aparırmış. 9 ekipaj üzvü, klubun futbolçuları və nümayəndələri daxil olmaqla 68 sərnişindən Rafael Xentsel də daxil olmaqla 6 nəfəri sağ qalmışdı.