11 klub 1 futbolçu ilə maraqlanır


İdman 19 Mar 2019 17:46:00 324 0

11 klub 1 futbolçu ilə maraqlanır

Benfica-nın futbolçusu Fransişk Ferreyr karyerasını İngiltərədə davam etdirə bilər.

Goal.az Daily Mail nəşrinə istinadən xəbər verir ki, futbolçu Manchester United və Liverpool-un hədəfindədir. Hər iki ingilis klubunun skautları Ferreyri izləmək üçün Benfica-nın Avropa liqası çərçivəsində Zaqreb Dinamo-su ilə matçında iştirak edib. Nəşrin iddiasına görə, 21 yaşlı forvard Premyer Liqanın 11 klubunun diqqətini çəkib.