Chelsea-nın sahibi dəyişir?


İdman 19 Mar 2019 16:00:00 246 0

Chelsea-nın sahibi dəyişir?

Böyük britaniyanın ən zəngin adamı olan Cim Retkliff Chelsea-nı almaq istəyir.

Goal.az xəbər verir ki, məlumatı The Times nəşri yayıb. London klubunun indiki sahibi, rusiyalı iş adamı Roman Abramoviç 2,5 milyard funt tələb edir. Alqı-satqı işinə “Stemford Bridch” arenasının yenidən qurulmasına çəkiləcək xərc mane ola bilər. Arenanın bərpasına külli miqdarda vəsait tələb olunur. 66 yaşlı Retkliff kimya sənayesi ilə məşğuldur. Forbes nəşri iş adamının 21 milyard funt varidatı olduğunu açıqlayıb. Abramoviç zənginlərin reytinq cədvəlində 107-ci, Retkliff isə 110-cu yerdədir.