“Ferqyuson, Ferqyuson, Ferqyuson... nə qədər olar?!” - İbrahimoviç


İdman 19 Mar 2019 13:52:00 332 0

“Ferqyuson, Ferqyuson, Ferqyuson... nə qədər olar?!” - İbrahimoviç

Los-Angeles Galaxy-nin forvardı Zlatan İbrahimoviç keçmiş klubu Manchester United-in problemlərindən danışıb.

Goal.az xəbər verir ki, hücumçu klubu tənqid edənlərə irad bildirib.

“Klubda baş verənləri Aleks Ferqyuson dövrü ilə müqayisə edirlər. Ferqyuson olsaydı belə edərdi, belə deyərdi... Fergüsson, Fergüsson, Fergüsson... Nə qədər olar. Keçmişə boylanmayın. Ser Aleks dahi məşqçi idi. Manchester United-də tarix yazıb. Bunu heç kim inkar etmir. Amma bunlar keçmişdə qaldı. Klub yaşayır. Yeni baxış, yeni ideyalar, yeni psixoloji yanaşma lazımdır. Problemi bu yolla həll etmək olar. Televiziya kanallarında Qari Nevil və Pol Skoulz adlı təzə “ekspertlər “peyda olub. İşləri klubu tənqid etməkdən ibarətdir. Belələri - Ferqyusonun icazəsi olmadan ağzını aça bilməyənlər - indi dil-dil ötür. Bilmirəm, Ser Aleks onlara icazə verib, yoxsa yox? Klubun baş məşqçisi olsaydım, deyərdim ki, Fergüsson artıq toxdur, yeni tarix yazmaq üçün mən buradayam. Bacarırsınızsa, kömək edin. Bacarmırsınızsa, susun”, - İbrahimoviç bildirib.