Kovaç inamlı danışdı


İdman 18 Mar 2019 12:31:00 210 0

Kovaç inamlı danışdı

Bayer Münich-in baş məşqçisi Niko Kovaç Bundesliqanın 26-cı turunda Mainz üzərində qələbədən (6:0) danışıb.

Goal.az xəbər verir ki, qələbə sayəsində Münhen təmsilçisi turnir cədvəlində liderliyi ələ keçirib. “Oyuna tam adaptasiya olunmuşduq. Çempionlar Liqasında yaşadığımız məğlubiyyəti unutmaq üçün belə bir qələbə vacib idi. Nəticəyə görə belə demirəm. Ümumiyyətlə, oyunumuz xoşuma gəldi. Bundesliqada birinci pilləyə yüksəlmək sevindiricidir. Bu yeri əlimizdə saxlamağa çalışmalıyıq. İnanıram ki, bacaracağıq”,- çalışdırıcı deyib.