Barcelona Qrizmanna film çəkilişindən imtinanı bağışlamadı


İdman 18 Mar 2019 11:55:00 180 0

Barcelona Qrizmanna film çəkilişindən imtinanı bağışlamadı

Barcelona 32 yaşlı hücumçusu Luis Suaresə əvəzləyici axtarışını davam etdirir.

Goal.az Marca nəşrinə istinadən xəbər verir ki, namizədlər siyahısında Luka Yoviç (Eintracht), Timo Verner (RB Leipzig) və Maks Qomesin (Celta) adı var.

Kataloniya klubu Atletico-nun forvardı Antuan Qrizmannı siyahıdan çıxarıb. Nəşrin iddiasına görə, buna səbəb fransızın ötən il Barcelona-nın müdafiəçisi Jerard Pikenin çəkdiyi sənədli filmdə yer almaqdan imtina etməsidir. Məhz buna görə Kataloniya təmsilçisinin futbolçuları, xüsusilə Pike Qrizmannı heyətdə görmək istəmir. Əvvəllər Barcelona-nın hücumçunun transferinə 120 milyon avro ödəməyə hazır olduğu deyilirdi.