Real-ın sabiq prezidenti: “Zidanın namizədliyi yox idi”


İdman 15 Mar 2019 14:14:00 309 0

Real-ın sabiq prezidenti: “Zidanın namizədliyi yox idi”

Real-ın sabiq prezidenti Ramon Kalderon Madrid klubununbaş məşqçi postuna Joze Mourinyonun əsas namizəd olduğunu deyib.

Goal.az xəbər verir ki, Kalderon bu barədə dəqiq məlumatının olduğunu iddia edib.

“Peres Mourinyonu təyin edəcəkdi. Zidanın namizədliyi yox idi. Bunu dəqiq bilirəm. Futbolçuların əksəriyyətinin narazılığına görə fikrini dəyişdi. Peres portuqaliyalıya xüsusi hörmət bəsləyir. Joze bacarıqlı məşqçidir. Davranışlarında problemlər var. Hakimləri, mətbuat nümayəndələrini təhqir etməkdən çəkinmir. Düşündüklərini dilinə gətirir”,- sabiq prezident deyib.

Mourinyo 2010-2013-cü illərdə Madrid təmsilçisinə rəhbərlik edib. Klubla birlikdə İspaniya çempionatını, ölkə kubokunu və Superkuboku qazanıb.