Ardıcıl məğlubiyyətlər baş məşqçini işindən etdi


İdman 15 Mar 2019 10:50:00 207 0

Ardıcıl məğlubiyyətlər baş məşqçini işindən etdi

Schalke-nin baş məşqçisi Domeniko Tadesko istefaya göndərilib.

Goal.az xəbər verir ki, ardıcıl 5 matçda məğlubiyyət çalışdırıcıya baha başa gəlib. Schalke son beş oyunda 21 qol buraxıb, cəmi 4 qol vurub. Çempionlar Liqasında Manchester City-yə iki oyunun nəticəsinə görə 2:10 hesabı ilə uduzub.

Bundesliqada 14-cü pillədə qərarlaşan klub müvəqqəti olaraq Xub Stevensə həvalə olunub.

Mütəxəssis 1996-2002 və 2011-2012-ci illərdə Schalke-də baş məşqçi postunu tutub.