FİFA-nın gəlirləri artır


İdman 06 Mar 2019 17:34:00 268 0

FİFA-nın gəlirləri artır

Beynəlxalq Futbol Federasiyasının (FİFA) 2015-2018-ci illərdə gəliri 5,66 milyard avro olub.

Goal.az ESPN nəşrinə istinadən xəbər verir ki, bu müddətdə qurumun ehtiyat fondu 2,4 milyard avroya çatıb. Bu göstərici proqnozları üstələyib. Ehtiyat fondunun 1,47 milyard avro olacağı gözlənilirdi. FİFA DÇ-2022-nin mükafat fondunu 12 faiz artıraraq 440 milyon dollara çatdırmağı planlaşdırır. 2018-ci ildə Rusiyada keçirilən mundialın mükafat fondu 400 milyon dollar olmuşdu.